Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də “Youth İnc.” Biznes İnkubasiya Mərkəzinin ofisi açılacaq.
Tədbirdə Gənclər və İdman Nazirliyinin, “Azərbaycan Coca-Cola Bottlers Ltd.” MMC-nin, eləcə də İqtisadiyyat və Sənaye, Təhsil nazirliklərinin nümayəndələrinin iştirakı gözlənilir.
AZƏRTAC xəbər verir ki, mərkəzin yaradılmasının əsas məqsədi Azərbaycanda gənc sahibkarlığın, gənclərin fəaliyyət və təşəbbüslərinin inkişaf etdirilməsi üçün əlverişli platformanın yaradılması, şəxsi bizneslərini qurmaq istəyən gənc liderlərin təşəbbüslərinin dəstəklənməsidir.
Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi gənclərin təşəbbüslərinin dəstəklənməsi və cəmiyyətin maarifləndirilməsi məqsədilə “Youth İnc.” və digər proqramlar həyata keçirir. Fəaliyyəti dövründə yerli biznes və beynəlxalq korporasiyalarla əməkdaşlıq edən təşkilat dünya lideri olan “Milli Biznes İnkubatorlar Assosiasiyasının” (NBIA) Azərbaycandakı tərəfdaşıdır.