Bakı, 20 oktyabr, AZƏRTAC
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Con Brennanın şəxsi elektron hesabları oğurlanıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə orta məktəb şagirdi tərəfindən törədilib.
Qeyd edək ki, bu il oxşar hadisə dövlət katibi Hillari Klintona qarşı da törədilmişdi.