Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, konfransda akademik Fikrət Əliyev Qazaxıstanda Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti ilə bağlı çıxış edəcək. Beynəlxalq tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev “Elmi jurnalların beynəlxalq səviyyəyə çatdırılması” mövzusunda məruzə ilə çıxış edəcək.
Məlumdur ki, Azərbaycanda dərc olunan 3 elmi jurnal “Thomson Reuters” Agentliyinin Biliklər Bazasına daxil olub. F.Əliyev məruzəsində Azərbaycan alimlərinin bu sahədə qazandığı təcrübə və əldə etdiyi nailiyyətlər barədə konfrans iştirakçılarına məlumat verəcək.
Həqiqət İSABALAYEVA