Tovuz, 21 oktyabr, AZƏRTAC
Tovuz şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən 100 yerlik uşaq bağçası yaxın günlərdə istifadəyə veriləcək.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bağçada tikinti və təmir işləri yekunlaşıb. Otaqlar yeni avadanlıqla təchiz olunub.
Hazırda bağçanın həyətində və ətrafında abadlıq işləri görülür, yeni yaşıllıqlar salınır, karusel və digər oyun avadanlıqları quraşdırılır.