"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının qrup mərhələsində "Arsenal"a uduzduqları oyunu (0:2) şərh edib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, ilk qolu öz səhvi ucbatından buraxdıqlarını deyib:
"Bu oyunda yaxşı oynadım, amma ilk qolda səhv məndə idi. Jirunun topa əli ilə toxunub-toxunmaması mənim üçün önəmli deyil. O, epizodda böyük səhv etdim".
Milli.Az