Azərbaycanın qədim paytaxtlarına infotur təşkil ediləcək

Azərbaycanın qədim paytaxtlarına infotur təşkil ediləcək
20:57 21 Oktyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi noyabrın sonu dekabrın əvvəllərində Bakı, Şamaxı, Qəbələ, Gəncə və Bərdəyə infotur təşkil edəcək. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Seymur Verdizadə məlumat verib.
Onun sözlərinə görə, növbəti səfər "Azərbaycanın qədim paytaxtları" adlanacaq və 5 şəhəri əhatə edəcək: "Belə səfərlərin təşkil edilməsinin məqsədi Azərbaycanın qədim tarixi, keçmişi, mədəniyyəti barəsində ətraflı məlumatın verilməsi və təbliğatın aparılmasıdır".

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/azerbaycanin-qedim-paytaxtlarina-infotur-teskil-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR