Ələt-Astara magistral yolunun 189-cu km-də, Lənkəran rayonunun Liman şəhəri ərazisində yük maşını ilə eyni istiqamətdə hərəkət edən "Ford" markalı avtomobil toqquşub.

"Report"un xəbərinə görə, qəza nəticəsində 1984-cü il təvəllüdlü Bəşirova Aygün Rafael qızı və onun qızı - 2004-cü il təvəllüdlü Bəşirova Xədicə Əli qızı xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin.

Mikroavtobus "KamAZ"a girdi: ana və qızı yaralandılar - VİDEOфото

Milli.Az