Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 603 ipoteka krediti verib.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 712 milyon 835 min 720 manatdan çoxdur. AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.