Fatimə Fətəliyeva ailəsi, şəxsi həyatı ilə bağlı maraqlı məqamlara toxunub.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, evinin qapısını "Evdəkilərə salam" verilişinin heyəti üçün açan rəqqasə ailəsini yaxından tanış edib. Amma həyat yoldaşının fotosunu göstərmək istəməyib, ümumiyyətlə, bu barədə danışmayıb.

Verilişin aparıcısı bir çox məqamlara toxuna bilib. Rəqqasəni bir neçə saatlıq gərgin işlərindən ayıran teleaparıcı onunla səmimi söhbət edə bilib. Fatimə mətbəxə keçib və aş bişirib. Adətən toylarda süfrəyə aş gətirən rəqqasə bu dəfə milli yeməyimizi özü bişirib və süfrəyə təqdim edib.

Daha sonra qarderobundan söz açan F.Fətəliyeva bəlli edib ki, var-dövlətini geyimləri üçün xərcləyir. O, 1500 manatlıq bahalı ayaqqabısından, eyni zamanda 1500-2000 manatlıq səhnə geyimlərindən danışıb. Aytəkin xanımın sözlərindən bəlli oldu ki, səhnə geyimlərinə ən çox pul xərcləyən Fatimədir. Söhbət zamanı Fatimə Fətəliyeva ilk uğursuz ailə həyatından danışıb. Bəlli olub ki, tanınmış rəqqasə ilk ailə həyatını 16 yaşında qurub.

"Fatimə xanım ilk evliliyindən, eyni zamanda anasının onun yanında qalmağının səbəblərindən danışıb. Səhnə geyimləri ucuz olduğu halda, saxta məhsulları brend mal kimi təqdim edənlərə toxunub", - teleaparıcı bildirib.

Milli.Az

Rəqqasə Fatimə həyat yoldaşının fotosunu niyə gizlətdi - FOTO