Türkiyə Superliqasında dünən "Fənərbağça"-"Qalatasaray" derbisi oynanıb.
İstanbuldakı matç 1:1 hesabla başa çatıb.
Milli.Az bildirir ki, bu matçla bağlı mərcə ötən həftə 70 min lirə yatırmış İzzət adlı iş adamı "Fənər"in qalib gələcəyi təqdirdə bukmeker kontorundan 140 min lirə alacağına əsla şübhə etmirdi.
O, pulu yatırmaq üçün maşınını da satmışdı.
Fəqət, "Fənərbağça" qalib gələ bilmədi, İzzət də 70 min lirəsindən məhrum oldu.
Əvəzində o, Türkiyədə sosial şəbəkələrin "qəhrəman"ına çevrilib.
Milli.Az