"Real"ın qapıçısı Keylor Navas Avropanın top-5 çempionatlarında seyvlərin sayına görə fərqlənib.

Goal.az xəbər verir ki, kosta-rikalı qolkiper bu mövsüm qapı çərçivəsinə endirilən 31 zərbənin 27-ni qaytarıb və cəmi 4 halda qola mane ola bilməyib.

Navas Primeroda 9 oyunun 6-da qapısını toxunulmaz saxlayıb. Bundan başqa, Çempionlar Liqasının ilk 3 turunda da qapısından qol buraxmayıb.

Müqayisə üçün qeyd edək ki, Manuel Noyer 15, Co Hart 18, Kevin Trapp 24, Voyçex Şesnı isə 22 dəfə seyv ediblər.

Milli.Az