Bakı, 27 oktyabr, AZƏRTAC
“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyi (ASGA) Türkel TV–nin informasiya, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mənim ilk səsim” virtual təbliğat mərkəzi layihəsi çərçivəsində Tovuzda “election.az” saytının təqdimatını keçirib.
ASGA-dan AZƏRTAC-a bildiriblər ki, İctimai Birliyin sədri Səbuhi Abbasov parlament seçkilərində gənclərin fəallığının artırılması, habelə ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi baxımından belə layihələrin əhəmiyyətini qeyd edib.
Türkel TV–nin baş redaktor müavini Allahverdi Şəfiyev gənclərin maarifləndirilməsində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, ilk dəfə səs verəcək gənclərin seçkilərlə bağlı maarifləndirilməsində KİV böyük rol oynayır. Bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün hər cür imkan yaradılıb.
Sonda ilk dəfə səs verəcək gəncləri maraqlandıran suallar cavablandırılıb.