Futbol üzrə Almaniya kubokunun 2-ci mərhələsi çərçivəsində "Volfsburq" doğma divarlar arasında "Bavariya"nı qəbul edib.

ANS PRESS-in məlumatına görə, oyun "Volkswagen arenada" keçirilib.

Oyunda hesab artıq 15-ci dəqiqədə açılıb. "Bavariya"nın futbolçusu Duqlas Kosta gözəl qola imza ataraq komandasını hesabda önə keçirib. Üstündən 5 dəqiqə sonra Tomas Müller Alabanın ötürməsini qola çevirərək hesab arasındaki fərqi ikiyə yüksəltdi. Müller bir daha 34-cü dəqiqədə özündən söz edib, bu dəfə də o Alabanın ötürməsini qola çevirib. Meydan sahiblərinin gücü isə yalnız təsəlli qola çatıb. 90-ci dəqiqədə Andre Şürle Manuel Noyerin qoruduğu qapının torunu silkələyib.


"Volfsburq" - "Bavariya" oyunu


Ötən raund isə "Bavrariya" klubu səfərdə "Nittinqen"ə 3:1 hesabı ilə qalib gəlib. "Volfsburq" isə səfərdə "Ştutqarter Kikkers"in qonağı olub və oyun "canavarların" 4:1 hesablı qələbəsi ilə başa çatıb.