“Report”un xəbərinə görə, SKMF-nin apellyasiya şikayəti təmin edilməyib, qərardad dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, bu il Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən SKMF kredit, faiz və cərimə borclarının ödənilməsi barədə tələb irləli sürüb. Məhkəmədə iddianın təmin tədbiri barədə ərizə təmin edilməyib. Qərarla razılaşmayan Fond apellyasiya şikayəti verib.