Bakı, 29 oktyabr, AZƏRTAC
Ümumtəhsil məktəblərinin şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda respublika müsabiqəsi keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında dövlətimizin başçısının müvafiq Sərəncamına və “2016-2025-ci illərdə mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramına” əsasən reallaşdırılacaq.
Eyni zamanda, müsabiqə Azərbaycanda aqrobiomüxtəlifliyin qorunması və ekoloji təmiz məhsulların əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etməsinə, bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsinə kömək edəcək.