Müğənni İradə İbrahimova yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, “Dəli dünya” adlanan bəstənin sözləri və musiqisi türkiyəli ifaçı Sərdar Ortaça məxsusdur.
Bu mahnı S.Ortaçın repertuarında yer alsa da, artıq müəllif hüquqları İradə İbrahimovaya aiddir.
Sənətçi yaxın günlərdə Sərdarın məhz onun üçün yazdığı daha bir bəstəni oxuyacağını deyib.