Fransa millisinin əfsanəvi futbolçusu Zinəddin Zidan "Mançester Yunayted"in gənc ulduzu Antoni Marsialla Tyerri Anrinin müqayisə edilməsini düzgün saymır.

Goal.az xəbər verir ki, hazırda "Real Castilla"nın baş məşqçisi kimi çalışan Zidan bunları deyib:

"Tyerri böyük futbolçulardan biridir. Marsial kimi gənc futbolçuya bu müqayisə ilə təzyiq etmək olmaz. Aşkar görünür ki, onun kifayət qədər bacarığı və özünəinamı var. Buna görə Marsialın gələcəyi parlaq görünür. Hazırda transferlər üçün kompensasiya yüksək həcmdə görünsə də, bir neçə ildən sonra bu, heçə enəcək. "Yuventus" Canluici Buffona kifayət qədər böyük pullar xərcləyəndə insanlar bunu qınamışdı. İndi kim deyə bilər ki, Buffon ən yaxşı transferlərdən biri deyil?"

Milli.Az