Bakı, 30 oktyabr, Elvira Məmmədova, AZƏRTAC
Oktyabrın 30-da Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) yaranmasının 10 illiyinə həsr olunmuş “Xidmət etikası” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbiri bu ali təhsil ocağı Bakı Turizm Peşə Məktəbi ilə birgə təşkil edib.
AZƏRTAC xəbər verir ki, konfransı ATMU-nun rektoru, professor Cəfər Cəfərov açaraq, turizm və ümumilikdə xidmət sektorunda mühüm amil sayılan xidmət etikasının vacibliyindən söz açıb.
Sonra turizm mütəxəssislərinin “Turizm sektorunda xidmət etikası uğurlu fəaliyyətin, müştəri məmnunluğunun qarantıdır”, “Turizm və etika”, “Bələdçi xidmətləri və etika çərçivələri”, “Müasir dövrdə Azərbaycan muzeylərində xidmətin aktual problemləri”, “Ərzaq məhsullarının funksional tərkibi və sağlam qida”, “Nəqliyyat xidmətlərində etika” və digər mövzularda çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konfransda turizm sahəsində mövcud problemlər müzakirə olunub, təkliflər irəli sürülüb.