"Report" xəbər verir ki, tamaşa Mingəçevir şəhərinin yaradılmasının 67-ci ildönümü münasibətilə hazırlanıb.
Noyabrın 11-də nümayiş etdiriləcək tamaşanın müəllifi Əşrəf Əsgərov, rejissoru, xalq artisti Zülfüqar Abbasovdur.
"Təbəssüm" tamaşasında, teatrın aktyorları Fəridə Məmmədova, Hüseyn Mustafayev, İlqar Rəhimov, Akif Mirabov, Asim Məmmədov, Firuz Hacıyev, Asim Əmirov, Elmira İbrahimova, Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Ceyhun Əhmədov, Eyvaz Əliyev və Amil Fərzəliyev çıxış edir.