Bakı, 31 oktyabr, AZƏRTAC
Rusiya prezidenti Vladimir Putin Misirdə baş verən təyyarə qəzası ilə əlaqədar dövlət komissiyası yaratmaq barədə Baş nazir Dimitri Medvedyevə tapşırıq verib.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
Misir hökuməti Rusiya təyyarəsinin qəzaya uğramasının səbəblərinin hələ ki, məlum olmadığını bildirir. Misirin nazirlər kabinetinin nümayəndəsi Husam əl-Kaviş xüsusi komissiyanın hadisənin təfərrüatlarını araşdıracağını və onun işinin yekunları barədə rəsmi məlumat veriləcəyini bildirib.
Əl-Kaviş faciə qurbanlarının dəqiq sayını deməyə çətinlik çəkib.