Müğənni Ayan Babakişiyeva yenidən ailə qurmaq istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Şou məkan”a açıqlamasında danışıb:

“Həyatımda yeni eşq istəyirəm. Şəxsi həyatımda dəyişikliklər olacaq. Sevgi yox, ailə istəyirəm. İstədiyimə daim nail oluram. Qismətimdə varsa, gəlinlik də geyinəcəm. Övladım qucağımda olacaq və mən yenidən ailə quracam”.

“Sənətçi “Səndən sonra” mahnısının şəxsi həyatı ilə heç bir əlaqəsi olmadığını da deyib:

“Heç bir aidiyyatı yoxdur. Burada rejissora dedim ki, məni çox cazibədar çək. Söylədim nəhayət, əsl qadın kimi göstər”.