Bakı, 31 oktyabr, AZƏRTAC
Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında mübarizə aparan Bakının “Azəryol” klubunun keçirəcəyi növbəti oyununun vaxtı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirə onlatıdabir final mərhələsindən qoşulan təmsilçimiz cavab oyununu noyabrın 10-da Azərbaycan Voleybol Mərkəzində Rumıniyanın “Tarqoviste” komandasına qarşı keçirəcək. Görüş saat 18:00-da başlanacaq.
Komandalar arasında Rumıniyada təşkil olunan ilk oyunda “Azəryol” rəqibinə 0:3 hesabı ilə məğlub olmuşdu.