Bakı, 3 fevral, İbrahim Əsədov, AzərTAc
Bülbül adına orta ixtisas musiqi məktəbinə növbəti şagird qəbulu iyun ayında keçiriləcək.
Bu barədə məktəbin direktoru, xalq artisti Teymur Göyçayev AzərTAc-a eksklüziv müsahibəsində məlumat verib. Qeyd olunub ki, məktəbə şagirdlər əsasən altı yaşından qəbul edilirlər. Qəbul zamanı uşaqların musiqi duyumu və qabiliyyətləri yoxlanılır.