Məşhur dünya ulduzu Maykl Ceksona qarşı iddia qaldırılıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Los Angeles şəhərində yaşayan evli və iki uşaq anası olan Kiera Conson Maykl Ceksonun ruhunun ona təcavüz etdiyini və bundan sonra hamilə qaldığını deyir. Qaradərili körpə dünyaya gətirən qadın Maykl Ceksona qarşı məhkəmə iddiası irəli sürüb. Qadının ağdərili əri Ken Conson da qadını atdığı addımda dəstəkləyib.

Kiera Conson başına gələn hadisə haqda bunları danışıb: "DVD-də Maykl Ceksonun "Thriller" adlı musiqisini dinləyirdim. Musiqinin sədaları altında iki saatlıq yuxuya getmışəm. Elə nə olubsa, onda olub."

Qadının sözlərinə görə o təsadüfən kiminsə ona toxunduğunu hiss edib. "Gözlərimi açanda qarşımda Maykl Ceksonu gördüm. O, ağdərili deyildi, əvvəllər olduğu kimi qaradərili idi. Elə "Thriller" klipindəki kimi də geyinmişdi. Mənimlə cinsi əlaqəyə girdi. Mən etiraz etsəm də, mənə qulaq asmadı. Evdə tək idim, ərim işdə idi. Köməksiz idim" - deyə Kiera əlavə edib.


Maykl Ceksonun "Thriller" klipi


Gənc qadın o gündən bəri Maykl Ceksonun ruhu ilə yaşadığı erotik anları ağlından çıxara bilmədiyini söylədi. Dünya ulduzundan hamilə qalan qadın körpəni 2015-ci il sentyabrın 25-də dünyaya gətirib.

"Doğumdan sonra oğlumun qara dərili olduğunu gördüm və arvadımdan səbəbini soruşdum. O da başına gələnləri mənə danışdı. Ona görə biz Maykl Ceksona qarşı iddia irəli sürmüşük və yoldaşıma dəyən ziyana görə məqbul sayda məbləğ istəyirik", - deyə qadının ərini bildirib.

Gənc qadın ərini başqa bir irqdən biriylə aldatmadığına əminolduğunu bildirib. Kieranın əri Ken də həyat yoldaşına inanır və ona güvənməmək üçün heç bir səbəb görmür.

Maykl Ceksonun ruhundan hamilə qaldı

Maykl Cekson - amerikalı pop müğəni, rəqqas, mahnı müəllifi olub. O, əsasən, Pop Kral kimi tanınıb. 13 Qremmi mükafatı sahibi olan Cekson 13 dəfə Ginnesin rekordlar Kitabına adını yazdırıb. Onun dünyada satılan albomlarının kopyaların sayı 750 milliondan çoxdur. Uşaq yaşlarından "Jackson 5" qrupunun üzvü kimi tanınsa da, sonradan solo artisti kimi şöhrət qazanıb.

Həyatının 40 ilini pop sənətə həsr edən müğənni 2009-cu il 25 iyun tarixində 50 yaşında qəfil vəfat edib. İstintaq tibb testlərinin nəticəsinə əsaslanaraq Ceksonun güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən vəfat etdiyini bildirib

Dünya ulduzunun dillərəzbəri olan mahnıları: "Give In To Me", "Blood on the Dance Floor", "Remember the Time", "Fall Again", "You Rock My World", "They Don't Care About Us" və s.

Maykl Ceksonun ruhundan hamilə qaldı
Maykl Cekson - məşhur dünya pop ulduzu