"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda parlament seçkilərində 10 seçki məntəqəsində keçirilmiş "exit-poll"un ilkin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, mərkəzin direktoru Rizvan Abbasov mətbuat konfransında deyib ki, monitorinq ümumilikdə 10 seçki məntəqəsində - Bakıda 6, Sumqayıtda 4 - aparılıb.

Qeyd edilən seçki məntəqələrində qaliblərin ilkin siyahısı aşağıdakı kimidir:

Bakı:

8 saylı seçki dairəsi - Azay Quliyev (65,4 faiz səs)
16 saylı seçki dairəsi - Aytən Mustafayeva (48,9)
20 saylı seçki dairəsi - Adil Əliyev (65,1)
27 saylı seçki dairəsi - Dilarə Cəbrayılova (59,9)
29 saylı seçki dairəsi - Şəmsəddin Hacıyev (63,2)
34 saylı seçki dairəsi - Fuad Muradov (62,5)

Sumqayıt:

41 saylı seçki dairəsi - Mirzəcan Xəlilov (58,1)
42 saylı seçki dairəsi - Tahir Mirkişili (55,7)
43 saylı seçki dairəsi - Muxtar Babayev (60,6)
44 saylı seçki dairəsi - Hacı Salayev (64,9)

Milli.Az

"Rəy" Monitorinq Mərkəzi "exit-poll"un nəticələrini açıqladı - SİYAHI - FOTO
"Rəy" Monitorinq Mərkəzi "exit-poll"un nəticələrini açıqladı - SİYAHI - FOTO