Rəsmilər deyib ki, onlar qalıqlar arasından gəminin qara qutusunu tapmağa çalışır. Qara qutunun tapılması gəminin qəzaya uğrama səbəbi ilə bağlı məlumat əldə etməyə yardım edəcək.
Axtarışlar zamanı insan cəsədləri tapılsa, Dəniz Donanması onları çıxarmağa cəhd göstərəcək.
El Faronun kapitanı gəmi Floridanın Ceksonvil şəhərindən Puerto Rikonun San Huan şəhərinə səyahət edərkən radardan itməsindən bir qədər əvvəl həyəcan siqnalı verib.
ABŞ Sahil Mühafizə Xidməti uzun sürən axtarışlardan sonra suyun üzündə gəmi qalıqları və bir cəsəd aşkar edib.
El Faro itməsi 1983-cü ildən bəri ABŞ bayrağı altında üzən bir neçə gəmi insidentlərlə üzləşib. Ancaq El Faro itməsi bunlar arasında ən dəhşətlisidir.