İngiltərə millisinin keçmiş hücumçusu Alan Şirer "Manchester United"in forvardı Ueyn Runi barədə fikirlərini qeyd edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Şirer bunları yazıb:
"Mən Runinin ən böyük fanatıyam. Onun bir futbolçu kimi bitdiyini demirəm. Amma yenidən enerji toplamağa ehtiyacı olan məhz Runidir. Qığılcım Runini tərk edib. Ueyn yenidən alışmaq üçün bir qədər oyundan kənarda qalmalıdır. Van Qaal Runini mərkəz hücumçusu mövqeyinə keçirdi, Marsialı isə daha geniş fəaliyyət göstərir. Amma düşünürəm ki, bu rol Runi üçün optimal deyil. Onu "10 nömrəli" futbolçu kimi sınamaq lazımdır. Ueyni ora-bura dartmaq lazım deyil. Marsialın sürəti mərkəzdə oynamasına şərait yaradır".
Milli.Az