Bakı, 3 noyabr, Nihad Budaqov, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı dünyada hər 10 dəqiqədə bir vətəndaşlığı olmayan uşağın doğulduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Ali Komissarlıq 250-dən çox vətəndaşlığı olmayan uşaq və onların ailələri ilə görüşlər keçirərək “Vətəndaşlığı olmayan uşaqlar” hesabatını hazırlayıb. Hesabatda 20 ölkədə hər il ən azı 70 min vətəndaşlığı olmayan uşağın dünyaya göz açdığı bildirilir.
O cümlədən, 30-dan artıq ölkədə doğum şəhadətnaməsi olmayan və vətəndaşlığı bilinməyən uşağa səhiyyə xidməti göstərmək mümkün olmur. Ən azı 20 ölkədə isə vətəndaşlığı olmayan uşaqlar peyvənd edilə bilmir.