Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Triatlon Federasiyasının İdarə Heyətinin sədri Azər Məhərrəmova Avropa Triatlon Şurasında yeni təyinat veriləcək. Bu barədə "Report"a federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2016-cı ilin yanvarında Fransanın paytaxtı Parisdə keçiriləcək konqressdə təyinat rəsmiləşəcək. Təyinatla bağlı ətraflı məlumat təsdiqləndikdən sonra ictimaiyyətin diqqətinə çatdırılacaq.