3 noyabr, 2015 / Çempionlar Liqasında mübarizə davam edir.
B qrupunda "Mançester Yunayted" ilk görüşdə heç-heçə etdiyi ÇSKA-nı qəbul edib. İlk hissədə komandalar qapılarının toxunulmazlığını qoruya biliblər. Görüşün yeganə qolu 79-cu dəqiqədə vurulub. "Mançester Yunayted" Ueyn Runinin vurduğu qol sayəsində ÇSKA-nı məğlub edib.
Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
B qrupu
"Mançester Yunayted" - ÇSKA - 1:0
Qol: Runi, 79