ANS PRESS-in məlumatına görə, A, B, C və D qruplarında 8 oyun baş tutub.
Gecənin əsas qarşılaşması A qrupunda "Real"la PSJ arasında keçirilib. İspaniya klubu evdə 1:0 hesablı qələbə qazanıb. Qrupun digər oyununda "Şaхtyor" İsveçdə uduzduğu "Malmö"nü darmadağın edib - 4:0. B qrupunda lider "Volfsburq" sonuncu pillədə qərarlaşan PSV-nin qonağı olub və 0:2 hesabı ilə yenilib. "Mançester Yunayted" isə ÇSKA-nı 1:0 hesabı ilə udub. Bu qələbə sayəsində ingilislər liderliyi ələ alıb.

"Qalatasaray" klubu
C qrupunda Azərbaycanda da böyük maraqla izlənilən "Benfika" - "Qalatasaray" matçı baş tutub. Ötən tur İstanbulda yenilən portuqaliyalılar evdə məğlubiyyətin əvəzini çıхmağa nail olub - 2:1. "Atletiko" isə özlənilmədən debütant "Astana" ilə səfər oyununda 0:0 hesablı heç-heçəyə razılaşıb.D qrupunda Mönhenqladbax “Borussiya” “Yuventus”u qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. “Mançester Siti” isə İspaniyada “Sevilya"nı 3:1 hesabı ilə yenib.
Çempionlar Liqası
Qrup mərhələsi
IV tur, 3 noyabr
A qrupu
Real (İspaniya) - PSJ (Fransa) 1:0
Qol: Naço, 35.
Şaxtyor (Ukrayna) - Malmö (İsveç) 4:0
Qollar: Aleksandr Qladkiy, 29. Dario Srna, 48. Eduardo, 55. Aleks Teyşeyra, 73.
Qırmızı vərəqə: Kari Arnason, 89 (Malmö).
B qrupu
PSV (Hollandiya) - Volfsburq (Almaniya) 2:0
Qollar: Yurgen Lokadia, 55. Luuk de Yonq, 86.
Mançester Yunayted (İngiltərə) - ÇSKA (Rusiya) 1:0
Qol: Ueyn Runi, 79.
C qrupu
Astana (Qazaxıstan) - Atletiko (İspaniya) 0:0
Benfika (Portuqaliya) - Qalatasaray (Türkiyə) 2:1
Qollar: Yonas, 52. Luisao, 67 - Lukas Podolski, 58.
Qırmızı vərəqə: Nikolas Qaytan, 85 (Benfika).
D qrupu
Borussiya (Mönhenqladbax, Almaniya) - Yuventus (İtaliya) 1:1
Qollar: Fabian Yohnson, 18 - Stepan Lixtşteyner, 44.
Qırımızı vərəqə: Hernanes, 53 (Yuventus).
Sevilya (İspaniya) - Mançester Siti (İngiltərə) 1:3
Qollar: Benoit Tremoulinas, 25 - Raheem Sterlinq, 8. Fernandinyo, 11. Vilfried Boni, 36.