Bakı, 4 noyabr, AZƏRTAC
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşəcək “Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik” adlı layihə çərçivəsində 3 gün ərzində silsilə tədbirlər keçiriləcək.
DGTYB–dən AZƏRTAC-a bildirilib ki, layihənin ilk tədbiri noyabrın 5-də “Estetik dəyərlərin harmoniyası” mövzusuna həsr ediləcək. Noyabrın 6-7-də keçiriləcək tədbirlərdə isə “Ədəbiyyat, musiqi, təsviri sənət: gəncliyin peşəkarlıq arayışı” mövzusunda “dəyirmi masa” və müzakirələr təşkil olunacaq.
Silsilə tədbirlər çərçivəsində tədbir iştirakçıları bir sıra muzeyləri ziyarət edəcək, habelə tanınmış sənət xadimləri ilə görüşlər keçirəcək.