Bakı, 4 noyabr, AZƏRTAC
Doqquz ayın yekunlarına əsasən “DəmirBank”ın aktivlərinin həcmi 441 milyon manat təşkil edib, bu isə ötən ilin göstəricisindən 25 milyon manat daha çoxdur. Analoji olaraq bankın kredit portfelində də 11 milyon artım müşahidə olunaraq, 333 milyon manata çatıb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, il ərzində prudensial normativlər daha da yaxşılaşıb. Birinci dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsalları isə 0,8 faiz yaxşılaşaraq müvafiq olaraq 8,38 faiz və 14,07 faiz olub. Mərkəzi Bank normativləri adekvatlıq əmsalları üzrə 6 faiz və 12 faizdir.
Bankın məcmu kapitalı 62,19 milyon manat təşkil edir. Bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə qədər bankların məcmu kapitalının 50 milyon manat olması tələbini üstələyir.