ANS PRESS-in məlumatına görə, Fransa yığmasının və “Real Madrid” klubun forvardı Kərim Benzema həbs olunub.
Əslən Əlcazairli olan futbolçu həmkarını şantaj etməklə suçlanır. O, “Lion” klubunun yarımmüdafiəçisi Matye Valbuenanı şantaj edib. Benzema Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilir. Ulduz futbolçu polis şöbəsində dindirilib.
Əvvəl Valbuenaya qarşı şantajla təqsirləndirən 4 nəfər şübhəli olub. Onların içində ulduz futbolçu Cibriel Sisse də var idi. Sisseyə qarşı kifayət qədər maddi sübut olmadığı üçün o sərbəst buraxılıb.

Matye Valbuena və Kərim Benzema
Kərim Benzema bir neçə dəfə polis tərəfindən saxlanılıb. Fransalı hücumçu sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi və sürət həddini aşdığı üçün 8 ay müddətinə sürücülük hüququndan məhrum olunub. O, həmkarı "Bavariya"nın futbolçusu Frank Riberi ilə 18 yaşına çatmamış qızla cinsi əlaqəyə girdiyi üçün məhkəmə qarşına çıxmışdılar.
Kərim Benzema bu mövsum 782 dəqiqə futbol oynayıb. O, 9 qol vurub və 9 məhsuldar ötürmə edib.