Z.Qərhəmanov qeyd edib ki, Şirkət bütün öhdəliklərini icra edəcək: "Amma nəzərdə tutulan bir sıra layihələri sonra da icra edə bilərik. Bu, böyük layihələrə aid deyil. Bizim Azərbaycanda müəyyən sosial məsuliyyətimiz var və sosial öhdəliklərimizi də icra etməliyik. Bizim iş üslubumuz bundan ibarətdir".
"Həmçinin çalışırıq ki, rəqabət qabiliyyətimiz zəifləməsin. Qiymətlərlə bağlı təhlillər aparmışıq. Hazırda bir sıra çağırışlar var. Bu çağırışlarla üzləşməliyik və onların öhdəsindən gəlməliyik", -deyə SOCAR-ın İdarə rəisinin müavini qeyd edib.