Bakı, 6 noyabr, AZƏRTAC
Hollandiyanın ING Bankı Çinin "Bank of Beijing" ilə əməkdaşlığı çərçivəsində bu ölkədə onlayn-bank açmaq imkanlarını nəzərdən keçirir.
AZƏRTAC banks.eu saytına istinadla xəbər verir ki, ING Bankın direktoru Ralf Hamers "Bank of Beijing" ilə əməkdaşlıq sazişinin imzalanmasını təsdiq edib. Bankir, həmçinin ING Bankın fintex-startap ilə əməkdaşlığının vacibliyini də vurğulayıb: "maliyyə sektoruna minlərlə startap, o cümlədən yeni texnologiya və müştərilərlə yeni iş təcrübələri daxil olur. Biz onlardan bu təcrübələri öyrənmək üçün birgə çalışmalıyıq".
Qeyd edək ki, bu ilin üçüncü rübündə ING Bankın xalis mənfəəti 14 faiz artaraq 928 milyon avrodan 1,06 milyard avroya çatıb.