Bakı, 6 noyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində 2015-2016-cı tədris ili müddətində məktəblilər arasında idman növləri üzrə XXVIII spartakiadaya həsr olunmuş iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, spartakiadanın baş hakimlər kollegiyasının, həmçinin rayon gənclər və idman idarələrinin əməkdaşlarının qatıldıqları yığıncaqda yarışların keçirilmə müddəti və qaydaları müzakirə olunub.
İclasda irəli sürülmüş təkliflərə baxılıb, müzakirələr aparılıb.
Sonda şahmat və stolüstü tennis növləri üzrə yarışların püşkatması olub.