"Barcelona"nın futbolçusu Jerar Pike "Getafe"nin prezidenti Anhel Torresin "Barcelona" futbolçuları haqqında dediyi sözlərə münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Pike Torresin qərəzini "Real"ın azarkeşi olması ilə əlaqələndirib.

"Torres "Real"ın azarkeşidir. Nə vaxtsa bu klubun prezidenti olmaq istəyir. Onun bizə aid etdiyi fotolar saxtadır. Biz səhv etmişdik. Amma mətbuat zalında məşqçilərin olduğunu bilmirdik".
Qeyd edək ki, La Liqanın 10-cu turunda baş tutan "Getafe" - "Barcelona" oyunundan sonra qonaq komandanın bəzi futbolçuları Halloween maskaları ilə mətbuat konfransı keçirilən salona daxil olmuşdular. Bundan sonra "Getafe" prezidenti onların davranışında çatışmazlıq olduğunu bildirmiş, ardından komandasının qırmızı rəngə boyanmış soyunub-geyinmə otağının şəkillərini yerləşdirmişdi. Torres bu işdə "Barca" futbolçularını ittiham etmişdi.

Milli.Az