“Azersky” peyk sisteminin maliyyələşdirilməsini Yaponiya maliyyə strukturları həyata keçirir

“Azersky” peyk sisteminin maliyyələşdirilməsini Yaponiya maliyyə strukturları həyata keçirir
19:08 11 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC 
“Azərkosmos” ASC Yaponiyanın “Sumitomo Mitsui” Bank Korporasiyası (Sumitomo Mitsui Banking Corporation (SMBC)) və Mizuho Bankı ilə 11 illik müddətə 100 milyon avro məbləğində kredit sazişi imzalayıb.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, Fransanın ixrac-kredit agentliyi olan COFACE tərəfindən zəmanətlə təmin olunmuş kredit Azərbaycanın ilk Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Saziş çərçivəsində Fransanın “Airbus DS” şirkəti “Azərkosmos”u 2014-cü il iyunun 30-da orbitə buraxılmış peyk sistemi ilə təmin edir. Təchiz olunan ən son fransız texnologiyasına yerüstü idarəetmə seqmenti, peyk təsvirlərinin avtomatik emalı avadanlığı, çoxmissiyalı yerüstü qəbuletmə stansiyası, missiya avadanlığı və aidiyyəti xidmətlər də daxildir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azersky_peyk_sisteminin_maliyyelesdirilmesini_Yaponiya_maliyye_strukturlari_heyata_kechirir-901134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR