""Real" və "Barsa"nın Premyer Liqada çempionluq şansı..."

""Real" və "Barsa"nın Premyer Liqada çempionluq şansı..."
23:17 11 Noyabr 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın müdafiəçisi Jerar Pike "The Telegraph" nəşrinə maraqlı açıqlamalar verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi "Barselona" və "Real"ın ilk mövsümdən Premyer Liqada uğur qazanmaq ehtimalını sıfırla qiymətləndirib.

"Əgər "Barselona" və "Real"ın İngiltərə Premyer Liqasında oynadığını təsəvvür etsək, fikrimcə, ilk mövsümdə onların çempion olmaq üçün şansı olmazdı. Bu, mənim fikrimdir. "Stok Siti" və oxşar komandalarla səfərdə qarşılaşmaq çətindir. Əlbəttə, bu mövzuda saatlarla mübahisə aparmaq mümkündür. Eyni zamanda, "Mançester Yunayted" və ya "Chelsea" La Liqaya gəlsəydi, oxşar hadisə olardı. İlk cəhddən heç nə bacarmazdılar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/381770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR