Bu gün "Avro-2016"nın final mərhələsinə vəsiqə verən pley-off oyunlarına start veriləcək.
Bu gün "Avro-2016"nın final mərhələsinə vəsiqə verən pley-off oyunlarına start veriləcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Avro-2016"nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Norveç yığması öz meydanında Macarıstanı sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında cavab görüşü isə noyabrın 15-də Macarıstanda baş tutacaq.
Qeyd edək ki, pley-off mərhələsinin digər üç oyunu noyabrın 13 və 14-də keçiriləcək.
12 noyabr
"Avro-2016", pley-off mərhələsinin ilk oyunu
23:45. Norveç - Macarıstan
13 noyabr
23:45. Bosniya və Herseqovina - İrlandiya
14 noyabr
21:00. Ukrayna - Sloveniya
23:45. İsveç - Danimarka
Milli.Az