Bilik Fondunun “Qafqaz Albaniyasını öyrənirik” layihəsi bölgələrdə dəyirmi masa təşkil edib (FOTO)

Bilik Fondunun “Qafqaz Albaniyasını öyrənirik” layihəsi bölgələrdə dəyirmi masa təşkil edib (FOTO)
10:28 12 Noyabr 2015
42 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində müxtəlif ali məktəblərdə təhsil alan bir qrup tələbənin Oğuz, Qax, Ağcabədi, Qəbələ rayonlarına səfərlərini təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, ekskursiyalarda AMEA-nın alimləri - tarixçi-etnoqraf, arxeoloqlar və ali məktəblərimizdə təhsil alan yerli və Türkiyə, Polşa, İtaliya, Ukrayna, Pakistan, Qazaxıstan gəncləri də iştirak ediblər.

Alimlər Qafqaz Albaniyası tarixi ilə bağlı adıçəkilən rayonlarda olan abidələr, son qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar haqqında yerli və xarici tələbələrə ətraflı məlumatlar veriblər.

Azərbaycan Memarlıq və İnşaat Universitetində bütün bu səfərlərin yekunu ilə bağlı dəyirmi masa təşkil edilib.

Tədbirdə Bilik Fondunun əməkdaşları Hacı Abdulla, Sərxanbəy Xudiyev, Ramilə Qurbanlı, Bakı Multikulturalizm Mərkəzinin nümayəndəsi Sahil Hüseynov, Oğuz, Ağcabədi, Qəbələ rayonlarına səfərdə iştirak edən tarixçi-etnoqraf almlər və müxtəlif ali məktəblərin müəllim və tələbə heyətləri iştirak ediblər. Qonaqları Azərbaycan Memarlıq və İnşaat Universitetinin Həmkarlar təşkilatının sədri, ixtisasca tarixçi Şahin İsmayılov salamlayıb və son illər tariximizin təbliği ilə əlaqədar görülən işlərdən danışıb.

Dəyirmi masada Qalatəpə məbədinə ekskursiyaya bələdçilik edən AMEA Arxeologiya və etnoqrafiya İnstitutunun “Çöl tədqiqatları” sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev Qafqaz Albaniyası ərazisindəki qədim abi-dələr barədə geniş məlumat verib. Məlumat həm də auditoriyanın diqqətinə nü-mayiş etdirilən slaytlarla çatdırılıb. Sonra Ağcabədi Qalatəpə səfərindən Kultura+ internet televiziyasının çəkdiyi sənədli filmə baxış olub.

Mövzu geniş müzakirəyə çıxarılıb. Alim bildirib ki, Ağcabədi rayonunun Salmanbəyli kəndindən 3,5 km şimal-qərbdə, Qarqarçayın sağ sahilində yerləşən, Azərbaycanın qədim dövr tarixinə aid Qalatəpə yaşayış məskənində arxeoloji tədqiqatlar zamanı aşkar edilən nekropoldan tapılan artefaktlar Azərbaycanın qədim əhalisinin – albanların Ellin-Roma aləmi ilə sıx əlaqələrini üzə çıxarıb. Bu arxeoloji qazıntılar antik şəhər probleminin tədqiqinin əhəmiyyətini təsdiqləyib.

Sonda Təvəkkül Əliyev müəllim və tələbələrin Azərbaycan tarixinin antik və erkən orta əsrlər dövrünü əhatə edən Qafqaz Albaniyası ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Layihədə iştirak etmiş tələbələrə Bilik Fondunun təşəkkürnamələri və “Qafqaz Albaniyasına səyahət” sənədli filminin diskləri təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2455327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR