"Borussiya"nın (Dortmund) və Qabon millisinin futbolçusu Pyer-Emerik Obameyanq zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu səbəbdən onun "DÇ-2018"in seçmə mərhələsində Mozambikə qarşı oynamayacağı bildirilib.

26 yaşlı hücumçunun zədəsinin nə dərəcədə ciddi olduğu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Milli.Az