Milli Konstitusiyanın qəbulu ölkəmizin müstəqillik tarixində qazanılan ən böyük nailiyyətlərdən biridir

Milli Konstitusiyanın qəbulu ölkəmizin müstəqillik tarixində qazanılan ən böyük nailiyyətlərdən biridir
13:08 12 Noyabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Ağsu, 12 noyabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə layihəsi hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Azərbaycanın Konstitusiyası ölkəmizin müstəqillik tarixində qazanılan ən böyük nailiyyətlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 12-də Ağsu Rayon İcra Hakimiyyətində keçirilən “dəyirmi masa”da danışılıb.
Əvvəlcə şəhərin mərkəzində Ulu Öndərin abidəsi ziyarət olunub.
“Dəyirmi masa”da çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, hüquq şöbəsinin müdiri Tofiq Kərimov və başqaları bildiriblər ki, milli Konstitusiyamızın hazırlanması və qəbulu xalqımızın böyük öndəri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Qeyd olunub ki, milli Konstitusiyamızın qəbulundan artıq 20 il keçir. Bu, qısa tarixi zaman olsa da indi Azərbaycan müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünyaya inteqrasiyada mühüm uğurlar qazanıb və bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə daha da möhkəmlənir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Konstitusiyanin_qebulu_olkemizin_musteqillik_tarixinde_qazanilan_en_boyuk_nailiyyetlerden_biridir-901320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR