Qanvermə aksiyalarında 51 mindən artıq könüllü donor iştirak edib

16:33 12 Noyabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC 
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda və regionlarda könüllü qanvermə aksiyaları davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin ilk doqquz ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 24 128 770 millilitr qan tədarük edilib. Aksiyalarda 51 367 nəfər könüllü donor iştirak edib.
Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb.
Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə ediləcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qanverme_aksiyalarinda_51_minden_artiq_konullu_donor_istirak_edib-901403

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR