Fransanın “TV5Monde” kanalında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi nümayiş olunub

Fransanın “TV5Monde” kanalında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi nümayiş olunub
17:03 12 Noyabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


Paris, 12 noyabr, AZƏRTAC
Fransanın “TV5Monde” beynəlxalq televiziya kanalında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş etdirilib.
Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli film faşizm üzərində Qələbənin 70 illiyinə həsr edilib. Çəkilişləri 14 ay davam edən filmin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxlu sayda sənəd araşdırılıb. Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır.
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi noyabrın 13-də yerli vaxtla gecə saat 01:30–da “TV5Monde” televiziya kanalında yenidən yayımlanacaq. Filmə noyabrın 15-dək kanalın internet saytında da baxmaq olar.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fransanin_TV5Monde_kanalinda_Hedef_Bakidir_Hitler_neft_ugrunda_doyusu_nece_uduzdu_filmi_numayis_olunub-901416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR