“Starbucks” Kanadada işsiz gənclər üçün yeni şans yaradıb

“Starbucks” Kanadada işsiz gənclər üçün yeni şans yaradıb
17:18 12 Noyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 Noyabr , AZƏRTAC
Amerikanın qəhvə satışı üzrə ən böyük şirkəti olan “Starbucks” Kanadadakı şəbəkəsində yeni proqram təqdim edib.
AZƏRTAC Kanadanın “Financial Post” qəzetinin saytına istinadla xəbər verir, “Starbucks” şirkəti bu proqramı yaratmaqla ölkədəki işsiz gəncləri bir sıra pis vərdişlərdən çəkindirəcəyinə ümid bəsləyir.
Toronto şəhərində gənclərə dəstək proqramına artıq aprel ayından başlanılıb. Proqrama əsasən Monreal və Vankuver şəhərləri daxil olmaqla, Kanadanın hər bir yerindən 16-22 yaş arasında 3500 nəfər işsiz və hazırda təhsil almayan gənclər cəlb olunurlar. Şirkətin Kanadadakı şəbəkəsində həftə ərzində azı 20 saat işləyən hər bir gənc stomatoloji və digər tibbi xidmətlərdən, habelə ödənişsiz təhsildən yararlana biləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Starbucks_Kanadada_issiz_gencler_uchun_yeni_sans_yaradib-901423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR