MSK sədri: “Video-çəkilişə etiraz etmək hər kəsin konstitusion hüququdur”

17:27 12 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) Məzahir Pənahov bildirib.
O deyib ki, bu, beynəlxalq praktikada da var: “Bizim üçün də beynəlxalq ekspertlərin dedikləri əsasdır, nəinki yerli ekspertlərin. İnsanların məsələyə yanaşması öz şəxsi işləridir”.
M.Pənahov bildirib ki, seçki prosesində video-çəkiliş aparmağa şərait yaradılır: “Amma kimsə buna etiraz edirsə, çəkiliş aparmaq olmaz, bu, onun konstitusion hüququdur”


Qeyd edək ki, bəzi deputatlığa namizədliyi qeydə alınan şəxslər seçki məntəqələrində video-çəkilişlin sübut kimi qəbul olunmamasından şikayətləniblər.

Xəbərin orijinal ünvanı: http://report.az/milli-meclis-2015/msk-sedri-video-cekilise-etiraz-etmek-her-kesin-konstitusion-huququdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR