TPAO ilə “Petronas” Qabonda neft axtaracaq

TPAO ilə “Petronas” Qabonda neft axtaracaq
18:28 12 Noyabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, Nihad Budaqov, AZƏRTAC
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Malayziyanın “Petronas” neft-qaz şirkəti ilə birgə Qabonda neft axtarışı layihəsi həyata keçirəcək. Bu, TPAO-nun Afrikada reallaşdıracağı ilk layihədir.
AZƏRTAC “denizhaber.com.tr” saytına istinadla xəbər verir ki, bu barədə TPAO-nun baş direktoru Besim Şişman məlumat verib. O bildirib ki, şirkət hazırda Əfqanıstanda da iki neft axtarışı layihəsi reallaşdırır, yaxın günlərə isə bu ölkədə 3-cü layihə üzrə işlərə başlanılacaq.
Qeyd edək ki, TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TPAO_ile_Petronas_Qabonda_neft_axtaracaq-901470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR