Azərbaycan Respublikasının Çexiyadakı səfiri Çexiya Parlamentinin Senatının prezidenti ilə görüşüb

01:23 13 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev Çexiya Parlamentinin Senatının prezidenti Milan Ştexlə görüşüb.
Görüş zamanı iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Səfir Fərid Şəfiyev və Senatın prezidenti Milan Ştex inkişaf etməkdə olan Azərbaycan və Çexiya arasında münasibətlərin cari vəziyyətindən məmnun olduqlarını ifadə edib və bu əməkdaşlığın daha da genişləndirilməsinə ümid etdikərini bir daha vurğulayıblar.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasinin_CHexiyadaki_sefiri_CHexiya_Parlamentinin_Senatinin_prezidenti_ile_gorusub-901584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR